"Fransanın Ukraynaya yeni döyüş təyyarələri verməsinin savaşa dərindən təsir edəcəyi inandırıcı görünmür".
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. O bildirib ki, Fransada hazırda Ukraynaya göndərmək üçün təyyarələr mövcud deyil:
"Bu, gələcək illər üçün nəzərdə tutulur. Digər önəmli məqam ondan ibarətdir ki, Fransanın özünün də döyüş təyyarələrinə ehtiyacı var. Yəqin ki, əvvəlcə öz ehtiyaclarını ödədikdən sonra Ukraynaya qırıcılar verəcək. Yəni bu bir hərbi ticarət sazişi olsa da, əslində daha çox siyasi mesaj xarakteri daşıyan anlaşmadır. Rəsmi Paris Ukraynanı sona qədər dəstəkləcəyi mesajını verir".
Qeyd edək ki, Ukrayna Fransadan 100 "Rafale" qırıcısı alacaq.
Cavidan Mirzəzadə Demokrat.az


