Gündəm Özəl

Bir zənglə şəxsi məlumatlar oğurlana bilər: Fırıldaqçılardan necə qorunaq?

Bir zənglə şəxsi məlumatlar oğurlana bilər: Fırıldaqçılardan necə qorunaq?

"Ümumi olaraq, qısa bir telefon zəngi ilə hər hansı məlumatı ələ keçirmək çox çətindir. Lakin fırıldaqçılar özlərini dövlət qurumlarının və ya bankların əməkdaşı kimi təqdim edərək vətəndaşlardan şəxsi məlumatları, bank hesabı detalları və SMS kodları almağa çalışırlar".

Bunu Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Natiq Məmişov deyib.

O, bildirib ki, real dövlət qurumları və banklar heç vaxt telefonla şifrə, OTP/SMS kodu, kart məlumatı, myGov və ya bank tətbiqi parolu istəmir:

"Telefonda heç vaxt OTP kodu, kartın 16 rəqəmi, CVC, PIN, tətbiq parolları və ya şəxsiyyət vəsiqəsinin tam məlumatları paylaşılmamalıdır. Zəng gələndə nömrəyə baxmaq, şübhəli hal olduqda isə qurumun rəsmi nömrəsinə özü geri zəng etmək lazımdır".

Onun sözlərinə görə, “9990”, “7770” kimi nömrələrin görünməsi təhlükəsizlik demək deyil, çünki bu, “spoofing” ola bilər:

"Telefonla “təcili tələb”lər də fırıldaqçıların tipik üsuludur. “Hesabınız bloklanır”, “dərhal məlumat verməsəniz cərimə yazılacaq”, “sistemdə adınız çıxıb” kimi ifadələr fırıldaqçılığın klassik əlamətləridir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova