Gündəm Özəl

"Azərbaycan SAF" 100 minlərlə insanın həyatını yaxşı istiqamətdə dəyişib — Nazir

Azərbaycan SAF 100 minlərlə insanın həyatını yaxşı istiqamətdə dəyişib — Nazir

"Birinci illə müqayisədə STEAM layihəsinə cəlb edilən məktəblilərin sayı 50 dəfədən çox olub".

Demokrat.az xəbər verir ki, bunu Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, SAF festivalının 5 yaşı qeyd edilir:

“İnanırıq ki 5 il ərzində "Azərbaycan SAF" 100 minlərlə insanın həyatını yaxşı istiqamətdə dəyişib. SAF 500 mindən çox məktəblini əhatə edir və tədricən hər il genişlənməkdədir. İnanıram ki, gələn il SAF layihə kimi qalmayacaq, Azərbaycan təhsilinin bir hissəsinə çevriləcək”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova