Gündəm Özəl

Qarabağ Universitetində STEAM-in ayrıca bir metodologiya və ixtisas kimi tədrisinə başlanacaq — Nazir

Qarabağ Universitetində STEAM-in ayrıca bir metodologiya və ixtisas kimi tədrisinə başlanacaq — Nazir

“Növbəti tədris ilindən Qarabağ Universitetində həm ayrı-ayrı fənlər üzrə müəllim hazırlığına, həm də STEAM təhsilinin ayrıca bir metodologiya və ixtisas kimi tədrisinə başlanacaq. İnanıram ki, bu, bölgə üçün də böyük bir yenilik olacaq və təhsilin təkcə Bakıda deyil, regionlarda da inkişafına ciddi töhfə verəcək”.

Demokrat.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev STEAM Azərbaycan Festivalının (SAF 2025) açılışında deyib.

Nazirin sözlərinə görə, STEAM Azərbaycan təhsilinin əsas aparıcı məzmununa çevriləcək:

“Artıq bu mərhələyə gəlib çata bilirik. Bu gün burada gördüyümüz iştirakçıların bəzilərinin 9-10, bəzilərinin isə 20-yə yaxın yaşı var. Onlar gələcəyin alimləri, dövlət adamları və digər sahələrdə fəaliyyət göstərəcək peşəkarları olacaqlar”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova