Gündəm Özəl

Bakıda beynəlxalq festivala start verilib

Bakıda beynəlxalq festivala start verilib

Elm və təhsil nazirliyinin dəstəyi və "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib.

Demokrat.az xəbər verir ki, 17-19 noyabr tarixlərində keçiriləcək festivalın açılış mərasimində dövlət qurumlarının nümayəndələri, xarici qonaqlar, beynəlxalq təşkilatların nümayəndələri, şirkət rəhbərləri iştirak edirlər.

Festivalda 20-dən çox ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert iştirak edir. Robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik sahələri üzrə yarış kateqoriyaları mövcuddur.

Festivala ümumilikdə 5000-dən çox iştirakçı qeydiyyatdan keçib, final mərhələsinə isə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202-i 19 xarici ölkəni təmsil edir. Ümumilikdə isə təmsil olunan ölkələrin sayı isə 22-dir.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova