"Konfrans çərçivəsində Bakıda ITU Regional Sürətləndirmə Mərkəzinin açılması nəzərdə tutulur".
Bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının açılış mərasimində deyib.
O bildirib ki, ITU-nun qlobal innovasiya şəbəkəsinin bir hissəsi olan bu mərkəz regionda innovasiya və sahibkarlıq üçün aparıcı platforma rolunu oynayacaq:
"Əminəm ki, konfrans zamanı aparılacaq müzakirələr, qəbul ediləcək qərarlar və qurulacaq tərəfdaşlıqlar inklüziv, təhlükəsiz və davamlı gələcəyin qurulmasına töhfə verəcək və milyonlarla insanın həyatında real təsir yaradacaq" . (Oxu.Az)


