Gündəm

Qardaşı qızı Ülviyyənin ölüm səbəbini açıqladı

Qardaşı qızı Ülviyyənin ölüm səbəbini açıqladı

Xəbər verdiyimiz kimi,Xalq artistiYaşar Nurinin qızı Ülviyyə Nuriyevavəfatedib.

Hadisəilə bağlıGlobalinfo.az-a danışan Xalq artistinin qardaşı qızı Fidan Nuriyeva hər şeyin anidən baş verdiyini qeyd edib:

“Ülviyyə ürək çatışmazlığından əziyyət çəkirdi. Ölümü qəfil oldu. Ailəsi həkimə məlumat verənə kimi, o, artıq dünyasını dəyişmişdi. Bu gün Qaladadəfnetdik. Gülnar adlı bir qızı var, 6-cı sinfdə oxuyur”.

Qeyd edək ki, Ülviyyə Nuriyevanın 47 yaşı olub.

NE
Nihadə Eyyubova