Sosial

Məcburi köçkünlərin növbəti qrupu Zəngilanın Məmmədbəyli və Ağdamın Xıdırlı kəndlərinə qayıdır

Məcburi köçkünlərin növbəti qrupu Zəngilanın Məmmədbəyli və Ağdamın Xıdırlı kəndlərinə qayıdır

Noyabrın 15-də Bakıdan Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərinə növbəti köç karvanı yola düşüb.

Oxu.Azxəbər verir ki, bu mərhələdə Məmmədbəyli kəndinə 30 ailə - 143 nəfər, Xıdırlı kəndinə isə 50 ailə - 219 nəfər köçürülür.

Noyabrın 15-də Bakıdan Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərinə növbəti köç karvanı yola salınır.

Oxu.Azxəbər verir ki, Prezidentİlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Məmmədbəyli və Xıdırlıya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Məmmədbəyli kəndinə 30 ailə - 143 nəfər, Xıdırlı kəndinə isə 50 ailə - 219 nəfər köçürülür.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezidentMehriban xanım Əliyevayatəşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

NE
Nihadə Eyyubova