Azərbaycandan Türkiyəyə qayıdan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsində şəhid olan Təchizat Baş GiziriAhmet Yasir Kuyucunun bacısı ilə son yazşıması görənləri kədərə boğub.
Demokrat.azxəbər verir ki, A.Y.Kuyucu şəhid olmazdan saatlar əvvəl bacısı ilə vatsapda yazışıb.
Bu zamanAhmet Yasirin bacısı qardaşına onun yuxuda şəhid olduğunu gördüyünü yazıb.
Əsgər isə “kaş ki elə olsa, amma haradadır o günlər” deyərək cavab verib, daha sonra isə bacısını sakitləşdirib.
Sözügedən yazışmanı təqdim edirik:

Xatırladaq ki, 3 gün əvvəl Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.


