Sosial

ADY qatarlarda başqaları üçün yer saxlayan sərnişinlərə müraciət etdi

ADY qatarlarda başqaları üçün yer saxlayan sərnişinlərə müraciət etdi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Abşeron dairəvi dəmir yolu ilə səfər edən sərnişinlərə müraciət edib.

“ADY”dən Demokrat.az-a verilən məlumata görə, qatarlarda başqaları üçün yer saxlamaq, bu məqsədlə həmin yerə əşya qoyaraq onu məşğul etmək digər sərnişinlərin hüququnu pozur.

“Şəhərətrafı gediş üçün ödəniş etmiş sərnişinin istənilən boş yerdə oturmaq hüququ var”, - müraciətdə qeyd olunur.

NE
Nihadə Eyyubova