Gündəm Özəl

Quzu ətinin qiyməti 32 manata çatdı: Qiymət nə zaman dəyişəcək?

Quzu ətinin qiyməti 32 manata çatdı: Qiymət nə zaman dəyişəcək?

"Hazırda ölkədə dabaq xəstəliyinə görə mal-qara satışı dayandırılıb.Bazarda qiymətlər tələb və təklifin nisbətinə əsasən formalaşır. Hazırda heyvan satışı azaldığı üçün tələbat çoxdur və bu da qiymət artımına səbəb olur. Amma bu müvəqqəti haldır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin Beyləqan rayon nümayəndəsi Mehman Əliyev deyib.

Ekspert hesab edir ki, tezliklə diri heyvan satışına qoyulan qadağa aradan qalxacaq:

"Bu zaman qiymətlər əvvəlki səviyyəsinə enəcək. Bakı şəhərində müəyyən qiymət artımı ola bilər, amma bölgələrdə qiymətlər sabitdir".

Qeyd edək ki, quzu ətinin kiloqramı bəzi yerlərdə 32 manatadək yüksəlib.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova