Gündəm Özəl

Devalvasiya ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil — İqtisadçı

Devalvasiya ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil — İqtisadçı

“Azərbaycanda devalvasiya ilə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Bunun əsas səbəbi manatın məzənnəsinin iqtisadi və bazar mexanizmləri ilə formalaşmamasıdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O bildirib ki, bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərən ölkələrdə məsələn, Türkiyə, Gürcüstan və Avropa dövlətlərində valyuta məzənnəsi bazardakı proseslərə uyğun dəyişir:

“Buna görə də müəyyən səviyyədə proqnozlaşdırmaq mümkündür. Azərbaycanda isə manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Yəni dəyişikliklər bazar amillərindən deyil, dövlətin qərarından asılı olur. Buna görə də devalvasiyanın nə vaxt baş verəcəyini əvvəlcədən söyləmək mümkün deyil bu, sabah da ola bilər, bir il, hətta iki il sonra da. İnzibati idarəetmə şəraitində valyuta məzənnəsi üzərində bazar təzyiqi olmadığından, iqtisadçılar və analitiklər üçün də bu prosesin istiqamətini əvvəlcədən müəyyənləşdirmək faktiki olaraq mümkünsüzdür”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova