Bakının Xətai rayonunda 1984-cü il təvəllüdlü Cəvahir adlı şəxs tanışı Ruhiyyəyə qarşı dələduzluq edib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, o, tanışı Ruhiyyənin etibardan sui-istifadə edib və onu gəmidə aşpaz kimi işə düzəldəcəyi barədə yalan vəd verib.
Cəvahir qadını aldadaraq 20 mart 2024-cü ildə işlədiyi “Sona” gözəllik salonunda ondan 10 min manat nağd pul vəsaitini alaraq ələ keçirib. Sonradan 2600 manatı qaytarmaqla zərərçəkmiş şəxsin 7400 manat maddi ziyan vurub.
Hadisəni törədən Cəvahirin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Bu cinayət işinə Xətai Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyib. Həmçinin o, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edib.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


