Xarici siyasət

Türkiyə Milli Müdafiə Nazirliyi Bakıdakı paraddan paylaşım etdi — FOTOLAR

Türkiyə Milli Müdafiə Nazirliyi Bakıdakı paraddan paylaşım etdi — FOTOLAR

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, bu barədə nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

"Qardaş Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda möhtəşəm bir parad keçirildi. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Milli Müdafiə naziri Yaşar Güler ​​və ordumuzun komandanlığı da tədbirdə iştirak etdi. Hərbçilərimiz paradda Azərbaycan türklərini salamladılar. Hərbi Hava Qüvvələrimizin döyüş təyyarələri də paradda uşular həyata keçirdilər", - nazirliyin paylaşımında bildirilib.

D
demokrat.az