Nizami Kino Mərkəzində "Zəfərə açılan pəncərə" bədii-sənədli filminin təqdimatı baş tutub.
Demokrat.az xəbər verir ki, müəllifi Audiovizual Şuranın üzvü, Əməkdar jurnalist Mübariz Əsgərov olan film zəfərimizin 5 illiyinə həsr edilib.
Təqdimatda bir çox ictimai xadim, kino adamları, media nümayəndələri iştirak ediblər.
Xronometrajı 44 dəqiqə olan film erməni seperatçıları tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov haqqındadır. Filmdə həbsxananı addım-addım gəzən Dilqəm yaşadığı istirablı anları danışır.
Cavidan Mirzəzadə Demokrat.az


