İqtisadiyyat

"Azərbaycan Dəmir Yolları" bayramda gücləndirilmiş rejimdə işləyəcək

Azərbaycan Dəmir Yolları bayramda gücləndirilmiş rejimdə işləyəcək

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günü elan edilmiş 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Demokrat.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Bildirilib ki, bayram günlərində sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı–Ağstafa–Bakı, Bakı–Qazax–Bakı, Bakı–Ağdam–Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hər iki istiqamətdə əlavə reyslər təşkil ediləcək.

Eyni zamanda, Bakı–Balakən–Bakı xətti üzrə tələbata uyğun olaraq vaqon sayı artırılacaq.

8-11 noyabr tarixlərində Abşeron dairəvi dəmir yolu ilə səfərlər üçün qeyri-iş günlərinin cədvəli tətbiq ediləcək.

NE
Nihadə Eyyubova