Sosial

Bu gün qısa iş günüdür

Bu gün qısa iş günüdür

8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq, bu gün ölkə üzrə qısaldılmış iş günü olacaq.

Demokrat.az xəbər verir, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır.

Qeyd edək ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq.

Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq.

NE
Nihadə Eyyubova