Salyanda növbəti vətəndaş qəbulu keçirilib.
Demokrat.az xəbər verir ki, 6 noyabr 2025-ci il tarixində keçirilən qəbulda Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, RİH başçısı aparatının şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri də iştirak edib.
Qəbulda vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilib, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilib.









