Hadisə

Jurnalist Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirdi — VİDEO

Jurnalist Səhiyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirdi — VİDEO

Jurnalist Aynur Elgünəş Səhiyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Demokrat.az-ın xəbərinə görə, A.Elgünəş nazirliyin mətbuat xidmətinin fəaliyyətsizliyinə etiraz edib.

O bildirib ki, Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovla danışmaq mümkünsüz hala çevrilib:

“O, yalnız bir neçə jurnalistlə işləyir, xəbərləri onlara göndərir. İki dəfədən artıq zəng edəndə, “blok”a atır”.

Demokrat.az

D
demokrat.az