Gündəm Özəl

Avtomobillərlə bağlı yenilik — Bu qiymətlər arta bilər

Avtomobillərlə bağlı yenilik — Bu qiymətlər arta bilər

Xəbər verdiyimiz kimi, gələn ildən Azərbaycana idxal olunan və istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır. Bəs bu yenilik avtomobil bazarına necə təsir göstərəcək?

Bununla bağlı Demokrat.az-a danışan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib ki, hazırda bizim ölkəmizdə hibrid avtomobillərə çox böyük maraq var:

“Hibrid avtomobillər populyardır, vətəndaşlar bu avtomobillərə üstünlük verirlər. Bu il ərzində ölkəmizə idxal olunan avtomobillərin sayına baxdıqda görürük ki, avtomobillərin sayının təxminən 40 faizini məhz hibrid avtomobillər təşkil edir. Aksiz dərəcələrinin yüksəldilməsindən sonra benzin mühərrikli avtomobillərin qiymətində də artım ola bilər. Amma düşünürəm ki, yenə də hibrid avtomobillər vətəndaşlar üçün prioritet olaraq qalacaq”.

Cavidan Mirzəzadə Demokrat.az

NE
Nihadə Eyyubova