Kriminal Özəl

“Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəyən qadına hökm oxundu

“Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəyən qadına hökm oxundu

“Rifah Group” MMC-nin 802 min manatdan artıq vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq baş mühasibi Samirə Zeynalovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. O bildirib ki, müvəkkilinin 4 azyaşlı övladı var, həyat yoldaşı vəfat edib. Onun sözlərinə görə, həmin azyaşlılar təqsirləndirilən şəxsin anasının himayəsindədir və o da anoloji xəstəlikdən əziyyət çəkir.

Vəkil müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra Samir Zeynalova son söz deyib. O barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

Daha sonra hakimlər hökm elan ediblər.

Hökmən əsasən Samirə Zeynalovaya elan edilmiş Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) maddəsi ümumi ittihamdan xaric edilib.

Cinayət Məcəlləsinin 313-cü maddəsi üzrə cəlb etmə müddəti keçdiyi üçün həmin maddə üzrə cəza təyin olunmayıb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə təqsirli bilinib və o, 8 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bundan əvvəl çıxış edən prokuror Samirə Zeynalovanın 11 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

İttihama görə, Samirə Zeynalova “Rifah Group” MMC-nin baş müsahibi işlədiyi 2022-2023-cü illərdə qohumlarından başqa məqsədlərə görə aldığı etibarnamələrdən onlardan xəbərsiz istifadə edərək onların adına bank hesabları açıb və MMC-yə məxsus 802.429, 45 manat pul vəsaitini onların hesabına köçürərək mənimsəyib. O, bu əməli törədərkən öz vəzifə mövqeyindən sui-istifadə edib.

İstintaq orqanı tərəfindən Samirə Zeynalovaya qarşı Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmək, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Samirə Zeynalovanın 4 övladı var, övladlarından biri 1-ci qrup əlildir.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova