Gündəm

"QALA Həyat Sığorta Şirkəti ASC" işçi axtarır — VAKANSİYA

QALA Həyat Sığorta Şirkəti ASC işçi axtarır — VAKANSİYA

Qala Həyat Sığorta Şirkəti

Mütəxəssis – hüquqşünas

Son tarix 01 dek 2025 -CV@qala.az

“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə Hüquq və kadrlar departamentinə “Mütəxəssis – hüquqşünas” tələb olunur:

Karyeraya başlamaq üçün, xanımlar və bəylər dəvət olunur.

Namizədə olan tələblər:

Təhsil: Ali. (Hüquqşünaslıq üzrə)

Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);

Səlis danışıq qabiliyyəti;

Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;

İş təcrübəsi: müvafiq vəzifə üzrə minimum 2-3 il təcrübə (hüquq sahəsi üzrə).

Bilməlidir:

Sığorta fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu; Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Qanun; Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sahə ilə əlaqəli qərarları;

Kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydalarını və sığorta sahəsinə dair digər qanunvericilik aktlarını.

Əsas vəzifə öhdəlikləri:

Hüquqi məsələlərlə bağlı şirkətin adından məktubları hazırlamaq, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək;

Dövlət orqanlarından və vətəndaşlar tərəfindən daxil olan rəsmi müraciətlərə qanunla müəyyən olunmuş qaydada cavab hazırlamaq;

Hüquqi məsələlərin həllində, normativ aktların layihələrinə aid rəylərin hazırlanmasında iştirak etmək;

Şirkət fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;

Müqavilələrin hüquqi ekspertizasını keçirmək;

Şirkətin daxili sənədlərinin hüquqi ekspertizasını keçirmək;

İddiaçı, cavabdeh və digər şəxs qismində Cəmiyyəti məhkəmələrdə təmsil etmək;

Sığorta hadisəsini araşdırmaq üçün müəyyən olunmuş qaydada sənədləri toplamaq və araşdırma aparmaq; Sığorta aktını tərtib etmək və sığorta ödənişinin həyata keçirilməsini təmin etmək; sığorta ödənişdən imtina məktubunu hazırlamaq.

İş şərtləri:İş qrafiki: 09:00 – 18:00

Əmək haqqı: Aylıq: Razılaşdırmaqla.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, AZ1065, İzmir küçəsi 5 A

Əlaqə vasitələri:www.qala.az; (012) 404 77 74

Qeyd edilən tələblərə uyğun gələn namizədlər CV-ləriniMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına mövzuda“Mütəxəssis – hüquqşünas”qeyd etməklə göndərə bilərlər.

NE
Nihadə Eyyubova