Dünya

Diddi aylar sonra görüntüləndi — FOTO

Diddi aylar sonra görüntüləndi — FOTO

Məşhur reper və prodüser Şon Kombs (P. Diddi)yeni islah müəssisəsinə köçürülüb.

Axşam.az xəbər verir ki, o,Nyu-Yorkdakı istintaq təcridxanasında bıçaqlı hücuma məruz qaldıqdan sonraNyu-Cersi ştatındakı federal həbsxanaya köçürülüb vənarkotik müalicəsi proqramına yazılıb.

Diddihazırda olduğu həbsxana ərazisində gəzərkən görüntülənib. Aylardır ilk dəfə olaraq paparassilər reperin şəklini çəkməyi bacarıblar. TMZ tərəfindən dərc edilən bu foto, Şon Kombsun bu ilin sentyabr ayında həbsxanaya aparıldıqdan bəri ilk və yeganə fotosudur.

Reper tanınmaz dərəcədə dəyişib. Yanaq sümükləri çöküb və saqqalı ağarıb.

Xatırladaq ki, bu yaxınlarda məhkum edilmiş P. Diddi daha rahat federal həbsxanaya köçürülüb. Bu, əvvəlki həbsxanasında onu öldürməyə cəhd edildikdən dərhal sonra baş verib.

Diddi aylar sonra görüntüləndi — FOTO

NE
Nihadə Eyyubova