Ucarın deputatı Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilib. Bu səbəbdən deputat Milli Məclisdəki mandatına xitam verilməsi üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. Oktyabrın 15-də onun deputat mandatına Mərkəzi Seçki Komissiyası tərəfindən xitam verilib.
Oktyabrın 15-dən sonra ucarlılar deputatsız qalıb. Qanunla bundan sonraucarlıları Milli Məclisdə kimin təmsil etməli olduğu maraq doğruran məsələdir.
Modern.az-a açıqlamasında hüquqşünas, sabiq deputatÇingiz Qənizadəbildirib ki, qanunla 91 saylı Ucar seçki dairəsində yenidən seçki keçirilməlidir:

Ç.Qənizadənin fikrincə, ucarlılar yaxın ərazilərin deputatlarına müraciət edə bilərlər:
“Hesab edirəm ki, Ucar sakinləri dairədənkənar, yəni Ucara yaxın hesab edilən ərazinin deputatlarına müraciət edə bilərlər. Konkret 91 saylı Ucar seçki dairəsində təkrar seçki keçiriləcəyini isə mən deyə bilmərəm”.


