Məşhur aktyor Engin Çağların ölüm səbəbi bəlli olub.
Oxu.Az"Haber Global"a istinadən xəbər verir ki, bu gün 85 yaşında dünyasını dəyişən aktyoru dünən İstanbulun Şişli rayonunda yolu keçmək istəyərkən motosiklet vurub.
Çağlar dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Aktyorun dəfn mərasimi sabah baş tutacaq.



