31 oktyabr 2025-ci il tarixində Hacıqabul rayonunda “1 noyabr - Kənd təsərrüfatı işçiləri günü” qeyd olunub.
Demokrat.az xəbər verir ki, tədbirdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi və işçiləri iştirak edib.
Peşə bayramı münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmana əsasən hər il noyabrın ayının 1-i Azərbaycanda “Kənd təsərrüfatı işçiləri günü” kimi qeyd olunur. Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən kənd təsərrüfatı işçilərini təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.
Qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda uğurla davam etdirilən dövlət siyasətində kənd təsərrüfatı xüsusi yerə sahibdir.
Kənd təsərrüfatı işçiləri onların əməyinə yüksək qiymət verdiyinə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, bu günkü bayram gününün təsis olunmasının aqrar sahəyə göstərilən diqqət və qayğının təzahürü kimi qiymətləndiriblər.
Sonda xatirə şəkili çəkilib.












