Kriminal

“Gəlinim sudan durudur, oğlumun beyninə girmişdilər” — VİDEO

“Gəlinim sudan durudur, oğlumun beyninə girmişdilər” — VİDEO

Ötən gün Tovuzda əri Səbuhi tərəfindən qətlə yetirilən 29 yaşlıMətanətHacızadənin qayınanası danışıb.

Onun sözlərinə görə, gəlininin toya tək getməsi barədə oğluna məlumatlar verilib:

“Yalandan deyiblər ki, guya gəlin uşaqları da qoyub təkbaşına toya gedib. Dedim, ay oğul, sənə yalan deyirlər. Beyninə o qədər girmişdilər ki... Mənim gəlinim aydan arı, sudan durudur. Bir dənə səhvi olmayıb. O qədər beynini doldurmuşdular ki, ancaq deyirdi öldürəcəyəm”.

Xatırladaq ki, xanımını atası evində qətlə yetirdikdən bir neçə saat sonraSəbuhinin də cəsədi rayonun Əyyublu kəndində ağacdan asılı halda tapılıb. Cütlüyün 3 oğlu var imiş.

Ətraflı APA TV-nin süjetində:

NE
Nihadə Eyyubova