Space Tv-də Amil Xəlilin «Olar? Olmaz!» verilişində ötən gün inanılmaz anlar yaşanıb.
Demokrat.az-ın xəbərinə görə, verilişə müraciət edən Gülüstan adlı qadın balasının Türkiyədə əlindən alındığını bildirib. Teleaparıcının araşdırması müəyyən faktları ortaya çıxardıb. Belə ki, məlum olub ki, Gülüstan xanımın 10 yaşlı qızı Fatimə Abdullayeva Türkiyənin Trabzon şəhərində yerləşən ”Aydın” uşaq evinə yerləşdirilib. Araşdırma zamanı bəlli olub ki, Gülüstan xanımın qardaşı, Fatimənin dayısı Kamandar Abdullayev Qarabağ döyüşlərində qəhrəmanlıq göstərərək onlarla qadını, uşağı xilas edən şəhidimizdir. Qəhrəmanlığı barəsində bir neçə kitab belə nəşr olunub. Gülüstan xanımın doğma bacısı, Fatimənin xalası da, qəhrəman xanımlarımızdandır. Qarabağda və xüsusilə Xocalı soyqırımında yaralı olan soydaşlarımızın bu gün həyatda yaşamasında misilsiz rolu olub. Məhz buna görə də, Ulu Öndərimiz Heydər Əliyev Fatimənin xalasını 1994-cü il də “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib. «Əslində bu ailənin faciəsi elə əzəldən gətirməyib» deyən Amil Xəlil Gülüstan xanımın digər qardaşları, Fatimənin doğma dayıları da ermənilər tərəfindən qətlə yetirildiyini bildirib. 1988-ci ildə Azərbaycanlılar Ermənistandan qovularkən qardaşı Yaqub Əhmədov ermənilər tərəfindən qətlə yetirilmişdir. Daha sonra kiçik qardaşı 16 yaşlı Səyyad Əhmədov da ermənilər tərəfindən suda boğularaq öldürülmüşdür. Gülüstan xanım televiziyada qızı ilə telefon bağlantısı qurub. Balaca qızcığaz anasından ötrü darıxdığını və onun yanında olmaq istədiyini bildirib.
Teleparıcı artıq bununla bağlı həm Xarici İşlər Nazirliyinə həm Türkiyənin Azərbaycandakı səfirliyinə həm də «Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi»nə rəsmi müraciət etdiyini bildirib. «Gülüstan xanımın psixoloji problemləri var. Amma bu onun analıq hisslərinə mane olmur. Hər şey bir kənara. Biz Fatiməyə dayılarına və xalasına görə dəstək olmalıyıq. Lazımdırsa Bakıda yerləşən Türk Liseylərində təhsilini davam etdirə bilər. Təki Vətənində anasının yanında olsun» deyə Amil Xəlil bildirib
Həmin anları sizə təqdim edirik:


