Gündəm

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən ÇIXARILACAQ

Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən ÇIXARILACAQ

Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvlüyü məsələsinə baxılacaq.

Demokrat.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib.

Onun sözlərinə görə, məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq.

Qeyd edək ki, Ramiz Mehdiyev akademik tituluna sahibdir. O, 2007-ci ildə AMEA-nın həqiqi üzvü seçilib. Akademik adı Azərbaycan Respublikasında Milli Elmlər Akademiyasının həqiqi üzvlərinə verilir.

D
demokrat.az