Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş yaxın iki həftə ərzində baş tuta bilər.
Demokrat.azTASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, tərəflər bu məsələnin uzun müddətə təxirə salmaq lazım olmadığını anlayır.
Görüşün Macarıstanda keçiriləcəyi gözlənilir.


