Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsindən 5 il ötür.
2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır - bir neçə ərazimiz işğaldan azad edilir.
Prezidentİlham Əliyevözünün "X" səhifəsində Azərbaycan Ordusunun Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqlayır.
Dövlət başçısının 2023-cü il 31 iyul tarixliSərəncamınaəsasən 17 oktyabr - Füzuli Şəhəri Günü kimi qeyd edilir.


