Dünya

Böyrəyini Selenaya bağışlamışdı, toya çağırılmadı

Böyrəyini Selenaya bağışlamışdı, toya çağırılmadı

2017-ci ildə müğənni-aktrisa Selena Qomezə qurdeşənəyi (lupus) xəstəliyinə görə rəfiqəsi Fransia Raisa ona özböyrəyini vermişdi.

Axşam.az xəbər verir ki, lakin qısa müddət sonra onların münasibətləri pozulmuşvə Selena açıqlamasında ən yaxın dostunun müğənni Teylor Sviftolduğunu bildirmişdi.

Qomez yaxın günlərdə musiqi prodüseri Benni Blanko ilə evlənsə də, Fransianı toyuna dəvət etməyib. Buna baxmayaraq, RaisaSelenayaqarşı heç bir incikliyi olmadığını bildirib.

“Mən onun evləndiyini bilirəm və buna görə sevinirəm. O, sağdır, milyarder olub. Onun üçün faydalı olduğum üçün şadam. Əgər kilsəyə bir dollar ianə edirsinizsə, sonra gedib "O dollarımı nəyə xərclədiniz?"deyə soruşmursunuz. Mən sağam və kiminsə həyatını xilas etdiyim üçün minnətdaram”deyə, Raisajurnalistlərə açıqlamasında deyib

NE
Nihadə Eyyubova