Qətərin "Əl-Cəzirə" telekanalında canlı yayım zamanı stolun üstündən qaçan siçovul aparıcını qorxuya salıb.
Demokrat.az xəbər verir ki, gəmirici cəmi bir neçə saniyə kamera qarşısına keçsə də, onun görünüşü jurnalisti açıq-aşkar şoka salıb. O, masadan qaçıb, sonra efirə qayıdıb.
Video dərhal sosial şəbəkələrdə yayılıb və izləyicilərin qızğın reaksiyasına səbəb olub.(Qaynarinfo)


