“Tacikistanda keçirilən zirvə görüşü çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin xüsusi önəm kəsb edir. Görüş, bir tərəfdən Azərbaycan Prezidentinin yaratdığı reallığın qəbul edildiyini, digər tərəfdən isə Azərbaycan və Rusiya arasında konstruktiv və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin davam etdiyini nümayiş etdirdi”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında millət vəkili Tural Gəncəliyev deyib. O bildirib ki, Azərbaycan həmişə qonşuları ilə konstruktiv münasibətlərin, normal və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub:

Hazırkı beynəlxalq vəziyyət xüsusilə Rusiya-Ukrayna müharibəsi və Rusiya ilə Qərb arasında mövcud olan qarşıdurma fonunda – Azərbaycanın neytral, beynəlxalq hüquqa əsaslanan, konstruktiv və sülhpərvər mövqeyi daha da əhəmiyyət qazanır. Azərbaycan bu mürəkkəb geosiyasi mənzərədə etibarlı tərəfdaş, sabitlik mənbəyi kimi çıxış edir”.
Cavidan Mirzəzadə Demokrat.az


