Gündəm

Sabah bəzi rayonlara yağış və sulu qar yağacaq — XƏBƏRDARLIQ

Sabah bəzi rayonlara yağış və sulu qar yağacaq — XƏBƏRDARLIQ

Oktyabrın 10-u günün birinci yarısında Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

NE
Nihadə Eyyubova