Sosial

Meriyadan "28 May" ərazisindəki qəzet köşklərinin götürülməsi ilə bağlı AÇIQLAMA

Meriyadan 28 May ərazisindəki qəzet köşklərinin götürülməsi ilə bağlı AÇIQLAMA

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) metronun "28 May" stansiyasının yaxınlığından qəzet köşklərinin götürülməsinin səbəbini açıqlayıb.

BŞİH-dən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə yenidənqurma işləri həyata keçiriləcək.

"Prezident İlham Əliyev noyabrın 19-da həmin ərazidə olarkən tapşırıqlarını verdi. Yenidənqurma işləri 2020-ci ilin yanvarından başlayacaq. İşlər başa çatdıqdan sonra köşklər yerinə qaytarılacaq. Bakıda qəzet köşklərinin yığışdırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir" - məlumatda qeyd olunub.

Demokrat.az

D
demokrat.az