Mədəniyyət

Azərbaycan-Bolqarıstan mədəni əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb — FOTOLAR

Azərbaycan-Bolqarıstan mədəni əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb — FOTOLAR

İspaniyanın Barselona şəhərində səfərdə olan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli UNESCO-nun Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf üzrə Dünya Konfransı çərçivəsində sentyabrın 29-da Bolqarıstanın mədəniyyət naziri Marian Başev ilə görüşüb.

Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən bildirilib.

Adil Kərimli son illərdə ölkəmizdə xarici kino istehsalçıları üçün yaradılan şərait və “Rebate” proqramı haqqında məlumat verib.

Görüşdə tərəflər kino istehsalı, qeyri-maddi mədəni irs, eləcə də sualtı arxeoloji irsin araşdırılması üzrə birgə ekspedisiyalar barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda bu ilin noyabr ayında Özbəkistanın

Səmərqənd şəhərində keçiriləcək UNESCO-nun növbəti Baş Konfransı çərçivəsində gündəlikdə duran məsələlər barədə müzakirələrin davam etdirilməsi qərara alınıb.

Azərbaycan-Bolqarıstan mədəni əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb — FOTOLAR
Azərbaycan-Bolqarıstan mədəni əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb — FOTOLAR
Azərbaycan-Bolqarıstan mədəni əlaqələri ilə bağlı fikir mübadiləsi aparılıb — FOTOLAR

NE
Nihadə Eyyubova