Sentyabrın 28-i Buzovna qəsəbəsində baş vermişağır yol qəzasının görüntüləri yayılıb.
Demokrat.azxəbər verir ki, görüntülərdə Aydın Gülağa oğlu Nəcəfovun idarə etdiyi “BMW” markalı avtomobilin idarəetmədən çıxaraq daş hasara çırpılması əks olunub.
Belə ki, sürətlə hərəkətdə olan avtomobil manevr edərkən sürücü nəzarəti itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq səkiyə doğru istiqamətlənib.
Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən 35 yaşlıA.Nəcəfov gecə saatlarında vəfat edib.
Qeyd edək ki, hadisə ilə bağlı Xəzər RPİ-də cinayət işi başlanıb, araşdırmalar aparılır.
Görüntüləri təqdim edirik:


