Gündəm

Ermənistan XİN rəhbəri sülh müqaviləsi barədə: "İstənilən an məsləhətləşmələrə hazırıq"

Ermənistan XİN rəhbəri sülh müqaviləsi barədə: İstənilən an məsləhətləşmələrə hazırıq

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin gələn ilin əvvəlində imzalanacağı barədə məlumatı təsdiqləməyib.

Oxu.Azbu barədə "Sputnik Ermənistan"a istinadla xəbər verir.

Mirzoyan bildirib ki, sülh müqaviləsinin imzalanma vaxtı və məkanı ilə bağlı məsləhətləşmələr aparılmayıb.

Rəsmi İrəvan həm Vaşinqtonda sənədin paraflanmasından əvvəl, həm də mart ayının ortalarında mətnin razılaşdırılmasından sonra Bakı ilə yekun sülhün bağlanması üçün istənilən an məsləhətləşmələrə başlamağa hazır olduğunu bəyan edib.

NE
Nihadə Eyyubova