Mədəniyyət

İtaliyanın “Radio Classica” kanalında Üzeyir Hacıbəyli ilə bağlı xüsusi proqram yayımlanır

İtaliyanın “Radio Classica” kanalında Üzeyir Hacıbəyli ilə bağlı xüsusi proqram yayımlanır

İtaliyanın məşhur “Radio Classica” kanalında Azərbaycan milli bəstəkarlıq məktəbinin banisi, musiqişünas, pedaqoq, publisist və dramaturqÜzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş xüsusi musiqi proqramı vəpodkastyayımlanır.

Demokrat.azxəbər verir ki, layihə HeydərƏliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilir.

Proqram çərçivəsindəÜzeyir Hacıbəylinin Azərbaycan klassik musiqisininformalaşmasındarolu, milli opera və operettanın yaradıcısı kimi misilsiz xidmətləri barədə geniş söhbət aparılır.Dinləyicilərəbəstəkarınölməzəsərlərindən– “Koroğlu” operasından uvertüra, “Arşın mal alan” operettasından seçmələr, simfonik və kamera musiqiləri təqdim olunur.

“RadioClassica”nınmusiqi ekspertləri və aparıcıları qeyd edirlər ki,Üzeyir Hacıbəylinin yaradıcılığı təkcə Azərbaycan mədəniyyətinin deyil,ümumdünya musiqi xəzinəsinin əvəzolunmaz hissəsidir. Proqramda bəstəkarın Şərq və Qərb musiqiüslublarını sintez edən yenilikçi yanaşması, həmçinin onun Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdətanıdılmasındakımisilsiz xidmətləri vurğulanır.

Bu təşəbbüs Azərbaycanın zəngin musiqi irsinin beynəlxalq miqyasda təbliği,Üzeyir Hacıbəyli yaradıcılığının beynəlxalq auditoriyaya daha genişçatdırılmasıbaxımından böyükəhəmiyyət kəsb edir. Layihə həmçinin Azərbaycan-İtaliya mədəni əlaqələrininmöhkəmlənməsinətöhfə verir,ölkəmizin dünya musiqi məkanındakı mövqeyini daha dagücləndirir.

NE
Nihadə Eyyubova