Albaniyada dünyada ilk dəfə süni intellekt əsasında yaradılmış model nazir kimi fəaliyyətə başlayıb. Kod və alqoritmlərdən ibarət olan bu modelə "Diella” adı verilib. Yeni süni intellekt naziri dövlət satınalmalarına cavabdeh olacaq. Baş nazir Edi Rama bildirib ki, "Diella” hökumətin fiziki olaraq mövcud olmayan ilk üzvüdür.
Qeyd edək ki, model artıq "e-Albania” adlı dövlət rəqəmsal platformasında tətbiq edilib.
Sabiq təhsil naziri Misir Mərdanov məsələylə bağlı AZXEBER.COM-a deyib ki, Albaniya o qədər də böyük və inkişaf etmiş ölkə deyil:

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə AZXEBER.COM-a bildirib ki, Albaniyanın "Diella” adlı süni intellekt əsaslı modelini dövlət strukturlarına – xüsusilə satınalmalar kimi korrupsiya risklərinin yüksək olduğu sahəyə gətirməsi dünyada bir ilkdir və texnoloji baxımdan böyük maraq doğurur:

Süni intellekt məsləhətçi, analitik və ya dəstəkçi rolunda olduqda çox faydalıdır, amma siyasi qərarların tamamilə alqoritmlərə həvalə edilməsi hələ uzun müddət mümkün görünmür.
Bunun müsbət tərəfləri -şəffaflıq, sürət, korrupsiya risklərinin azalması, daha dəqiq analizlər kimi qiymətləndirilə bilər. Mənfi tərəflər isə hüquqi məsuliyyətin qeyri-müəyyənliyi, insani faktorun və empatiyanın olmaması, texnoloji manipulyasiya riski kimi faktları ortaya çıxara bilər. Nəticə etibari ilə süni intellekt dövlət idarəçiliyinə köməkçi rolunda çox böyük potensiala malikdir, amma hələlik qərar verən son instansiya olmamalıdır”.


