Maliyyə Özəl

“Qala Həyat Sığorta”dan müştərilərinə yeni həyat sığortası məhsulu

“Qala Həyat Sığorta”dan müştərilərinə yeni həyat sığortası məhsulu

“Qala Həyat Sığorta” şirkəti müştərilərinə yeni həyat sığortası məhsulu olan “Zərərsiz və İtkisiz”i təqdim edib.

Bu barədə Demokrat.az-a Şirkətdən məlumat verilib.

Məlumata görə, bu məhsul müştərilərə ödəyə biləcəkləri sığorta haqqını özlərinin təyin etmək imkanı verir.

Məhsulun əsas üstünlükləri isə aşağıdakılardır:

Həyatın ölüm halından və yaşam sığortası üzrə təminat;

Sığorta müddəti ərzində heç bir hadisə baş vermədikdə belə sığorta ödənişi.

“Qala Həyat Sığorta” şirkəti bildirir ki, yeni məhsul müştərilərin həm maliyyə təhlükəsizliyini, həm də gələcək təminatını gücləndirməyi hədəfləyir.

Əlavə məlumat üçün şirkətin ofisinə müraciət etmək olar:

Ünvan: İzmir küçəsi 5A Qaynar xətt: 1540 Tel: (012) 404 77 74

D
demokrat.az