Sosial Özəl

Laçında Uşaq İncəsənət Festivalı keçirilib — FOTOLAR

Laçında Uşaq İncəsənət Festivalı keçirilib — FOTOLAR

Laçın şəhərində Laçın Şəhər Günü münasibətilə Uşaq İncəsənət Festivalı təşkil olunub.

Demokrat.az xəbər verir ki, festivalın keçirilməsi Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan "Qala Sığorta"nın maliyyə dəstəyi, həmçinin, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Laçından olan uşaqlar və festival iştirakçıları müxtəlif oyunlarda iştirak edib, rəsm çəkib, mahnılar ifa ediblər. Həmçinin, balacalar şəhər gününə həsr olunmuş konsert proqramında səhnəyə çıxaraq öz istedadlarını nümayiş etdiriblər.

Festival uşaqların yaradıcılıq bacarıqlarının inkişafına, mədəniyyətə maraqlarının artırılmasına və Laçında bayram ab-havasının yaradılmasına töhfə verib.

Laçında Uşaq İncəsənət Festivalı keçirilib — FOTOLAR

Laçında Uşaq İncəsənət Festivalı keçirilib — FOTOLAR

Laçında Uşaq İncəsənət Festivalı keçirilib — FOTOLAR

Laçında Uşaq İncəsənət Festivalı keçirilib — FOTOLAR

Laçında Uşaq İncəsənət Festivalı keçirilib — FOTOLAR

Demokrat.az

NE
Nihadə Eyyubova