Gündəm

Nazir müavini: “EuroHome”dakı yanğının söndürülməsində su problemi olub (VİDEO)

Nazir müavini: “EuroHome”dakı yanğının söndürülməsində su problemi olub (VİDEO)

"EuroHome”da baş verən yanğının qarşısını almaq üçün 150 tona yaxın su bir təyyarə və üç helikopter tərəfindən əraziyə tökülüb.

Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin nazir müavini Etibar Mirzəyev deyib.

O bildirib ki, iki saat yarıma qədər davam edən yanğının söndürülməsində su problemi yaşanıb:

"Mənə verilən məlumata görə, yanğın yerində FHN-nin 40-dan artıq texnikası, 250-dən çox canlı qüvvəsi səfərbər olub.

İlkin məlumata görə, yanğının ərazisi 21 min kvadrat metrdir. Yanğının səbəbləri araşdırılır. Daha ətraflı məlumatlar veriləcək”.

​Demokrat.az

D
demokrat.az