Kriminal

Ağdamda əkin sahəsində yanğın törədən şəxs saxlanılıb

Ağdamda əkin sahəsində yanğın törədən şəxs saxlanılıb

Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Demokrat.az-averilən məlumata görə, araşdırmalarla yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və kol-kos yanıb.

Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir

NE
Nihadə Eyyubova