Hadisə

Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzulidə yanğın törədən şəxs saxlanıldı

Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən 33 yaşlı Zaman Məhəmmədli saxlanılıb.

Demokrat.az DİN-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb.

Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

NE
Nihadə Eyyubova