İstanbulda keçirilən 20-ci Qızıl Uğur Mükafatları (“Altın Başarı Ödülleri”) mərasimi mətbuat və sənət aləminin tanınmış simalarını bir araya gətirib.
Yenicag.azxəbər verir ki,Cengizhan Kayanınaparıcılıq etdiyi gecədə fərqli kateqoriyalarda təqdim edilən mükafatlar münsiflər heyətinin dəyərləndirməsi ilə sahiblərinə çatdırılıb.
“Yeni Çağ” Media Qrupunun rəhbəriAqil Ələsgərdə “Türkiyə-Azərbaycan Qardaşlıq Mediası” şərəf mükafatı ilə təltif olunub. O, mükafatı qəbul edərkən təşəkkürlərini bildirib və bu nailiyyəti Azərbaycan və Türkiyənin media dünyasına həsr etdiyini vurğulayıb.
A. Ələsgərçıxışında hər kəsə minnətdarlığını ifadə edib, xüsusilə də Turana və Türkiyə-Azərbaycan qardaşlığına sevgisini dilə gətirib.
O, çıxışını Ziya Gökalpın məşhur “Vatan ne Türkiye’dir Türklere ne Türkistan / Vatan, büyük ve müebbet bir ülkedir: Turan” sözləri ilə tamamlayıb.





