Region

Ərdoğan NATO Baş katibi ilə danışdı

Ərdoğan NATO Baş katibi ilə danışdı

NATO-nunBaş katibi Mark Rutte ABŞ prezidenti və Aİ liderləri ilə görüşdənsonra Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb.

Söhbət zamanı Ukrayna-Rusiya sülh prosesi ilə bağlı son hadisələr müzakirə olunub. Həmçinin Türkiyənin Ukrayna sülh prosesində və Qara dəniz təhlükəsizliyində həlledici rolu da müzakirə edilib.

Ərdoğan və Rutte, həmçinin etibarlı və davamlı təhlükəsizlik təminatları ilə bağlı fikir mübadiləsi aparıblar.

NE
Nihadə Eyyubova