Dünya

İranlı zəvvarların avtobus qəzaya uğradı: Ölənlər və yaralananlar var...

İranlı zəvvarların avtobus qəzaya uğradı: Ölənlər və yaralananlar var...

İranlı zəvvarları "Ərbəin" mərasimi üçün aparan avtobus İraqın Bəsrə-Şələmçə magistralında qəzaya uğrayıb.

Bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

İranın Fövqəladə Hallar İdarəsinin məlumatına əsasən, qəza nəticədə 4 nəfər həyatını itirib, 57 nəfər isə yaralanıb.

Qəzanın avtobusun yol kənarındakı maneəyə çırpılması səbəbindən baş verdiyi bildirilir. İranın Qızıl Aypara Cəmiyyəti hadisə yerinə 10 əməliyyat qrupu göndərib.

NE
Nihadə Eyyubova