Gündəm Özəl

“European Tobacco Baku” şirkətinin eks-rəhbəri siqaretin bahalaşmasından DANIŞDI

“European Tobacco Baku” şirkətinin eks-rəhbəri siqaretin bahalaşmasından DANIŞDI

“Ümumiyyətlə, inflyasiya prosesləri təkcə Azərbaycanda deyil, bütün dünyada baş verir. Məsələn, ABŞ-da əvvəllər 1 % inflyasiya olanda belə ictimaiyyətdə narahatlıq yaranırdı, indi isə 3-4 % inflyasiyadır. Avropada artıq 4 %-dən aşağı inflyasiya yoxdur. Hətta Asiya ölkələri və Yaponiyada da inflyasiya mövcuddur”.

Bu sözləri Demokrat.az-a açıqlamasında “European Tobacco Baku” şirkətinin sabiq rəhbəri, Milli Məclisin 4 çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib.

O bildirib ki, bunun əsas səbəbləri qlobal müharibələr, logistika və nəqliyyat problemləri, tütün məhsullarına qarşı dünya üzrə tətbiq olunan məhdudiyyətlərdir:

“Tütünə qarşı mübarizə qlobal xarakter daşıyır. Satış yerləri azaldılır, çəkilməsinə şərait daraldılır. Bu da qiymət artımını qaçılmaz edir.

Eyni zamanda, büdcəyə əlavə gəlir cəlb etmək məqsədilə aksiz vergilərinin artırılması da gözləniləndir. Buna görə də siqaret qiymətinin ucuzlaşması gözlənilən deyil. Şəxsən özüm siqaret çəkən biri kimi qiymət artımını hiss edirəm. Amma burda iki yol var: ya az çək, ya da ümumiyyətlə çək. Mən də gənclərə çağırış edirəm siqaretə başlamayın, çəkənlər də dayandırsın”.

Leyla Turan Demokrat.az

D
demokrat.az